DÜNYA
Məşhəddə ziyarətçilərə hücum - ölən və yaralananlar var
İranın Məşhəd şəhərində naməlum şəxs ziyarətçilərə hücum edib.
32gun.az xəbər verir ki, məlumatı İSNA yayıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Silahlı şəxs isə saxlanılıb.
Qeyd edək ki, Məşhəddə İmam Rzanın məqbərəsi yerləşir.