Rusiya hərbçiləri Krım xalqını buna məcbur edir - ŞOK İDDİA
Krımda vətəndaşlar Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək olaraq nəqliyyat vasitələrinə “Z” simvolu yapışdırmağa məcbur edilir.
32gun.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova şəxsi Telegram kanalında danışıb.
Müvəqqəti olaraq işğal olunmuş yarımadada “Biz özümüzünkülərdən əl çəkmirik” adlı kampaniyaya start verilib. Onun bir hissəsi olaraq Krım trolleybus işçiləri və dövlət sektorunun işçiləri maşınlarına “Z” hərfi qoymağa məcburdurlar. İmtina edənlər polis və FSB tərəfindən etibarsız vətəndaşlar siyahısına salınır.
İşğal olunmuş ərazilərin mülki əhalisi arasında bu cür ajiotaj və müharibə təbliğatı BMT Baş Assambleyasının bəyannamələrinin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın, İşğal olunmuş ərazilərdə mülki şəxslərin müdafiəsi haqqında Konvensiyanın kobud şəkildə pozulması kimi qiymətləndirilir. Denisova BMT və ATƏT-i növbəti araşdırmalarda Ukrayna vətəndaşlarının hüquqlarının bu pozuntularını nəzərə almağa çağırıb.
Xatırladaq ki, ötən həftə Ali Rada Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin simvolu kimi “Z” və “V” işarələrinin istifadəsini qadağan edən qanunun birinci oxunuşda qəbul edilməsinə səs verib. Xarici işlər naziri Dmitri Kuleba digər ölkələri "Z" və "V" hərflərini cinayət hesab etməyə çağırıb.
Nurlan Şiraliyev