SOSIAL
Bakıda qəbiristanlıqdan güldanları oğurlayan şəxs SAXLANILDI
Bakıda qəbiristanlıqdan güldanlar oğurlayan şəxs saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Ramana Südçülük sovxozunda yerləşən qəbiristanlıqda altı qəbirin üzərindən güldanları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini İlkin Həşimov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.