DÜNYA
Bu şəxsləri 10 ilədək HƏBS GÖZLƏYİR - Ukraynada
Ali Rada hərbi vəziyyət zamanı ölkəyə qayıtmayan ukraynalıların 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
32gun.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 8 aprel tarixli 7265 saylı qanun layihəsində xaricdəki ukraynalıları hərbi vəziyyət dövründə Ukraynaya qayıtmağa məcbur etməyi və 15 gün ərzində tələblərə əməl etməməyə görə 10 ilədək həbs cəzası nəzərdə tutulur.
Amma geri qayıtmamaq üçün əsaslı səbəblərin siyahısı var: ev sahibi ölkədən çıxmağa qadağa, təbii fəlakətlər, fəlakətlər, qəzalar, ezamiyyətlər, stasionar müalicə və ya qəbul edən ölkəni tərk etməyə mane olan digər hallar.
Nurlan Şiraliyev