DÜNYA
Bu ölkələrin prezidentləri Kiyevə yollanır - Zelenski ilə görüşmək üçün
Litva, Polşa, Estoniya və Latviya prezidentləri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edirlər.
32gun.az xəbər verir ki, bu barədə Litva prezidenti Nauseda Twitter-də məlumat yayıb.
"Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək”, - deyə Nauseda Polşa, Estoniya və Latviya liderləri ilə dəmiryol vağzalında çəkilmiş fotonu əlavə edərək yazıb.
Tərəflər Ukraynaya hərbi dəstək və Rusiyaya qarşı sanksiyaları müzakirə etmək niyyətindədirlər.
Nurlan Şiraliyev