SOSIAL

SON DƏQİQƏ! Operativ qərargah 2 vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9706 nəfər vəfat edib, aktiv xəstə sayı 126 nəfərdir.

Ölkədə son sutka ərzində 1954, hazırkı dövrədək isə 6 771 851 test aparılıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Bu barədə 32gun.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci doza peyvəndlərin ümumi sayı 5 334 494, ikinci doza vaksinlərin sayı 4 836 495 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 236 551 olub.

Oxşar Xəbərlər