SON DƏQİQƏ! Operativ Qərargah vacib iki məlumatı əhaliyə çatdırdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən xəbərə görə, son sutkada COVID-19-dan ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 496 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 143 nəfərdir.
Ölkədə son sutka ərzində 2 820, hazırkı dövrədək isə 6 794 952 test aparılıb.
Operativ Qərargahdan verilən digər xəbərə görə, Azərbaycanda son sutkada 3 869 koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 954, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 269 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 627 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 337 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 456, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 212 960, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 569 nəfər təşkil edir.