DÜNYA
"Ukraynanın Rusiya üzərində “qələbəsini” görmək istəyirik"
"Rusiya və Ukrayna arasında münaqişənin inkişafı zamanı Avropa İttifaqı ikinci tərəfi tutub".
32gun.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen deyib.
O son 10 həftə ərzində Avropa liderlərinin Ukrayna dövlətinə dəstəyindən də danışıb:
"Aİ Ukrayna dövlətinin Rusiya Federasiyası üzərində “qələbəsini” görmək istəyir. Bu baxımdan, son 10 həftə ərzində Avropa liderləri Ukrayna dövlətinə dəstək üçün 4 milyard avrodan çox vəsait göndəriblər".
Nurlan Şiraliyev