HADİSƏ

Evin həyətindən meyiti tapılan şəxs görün kimdir

Bakıda evin həyətindən meyit tapılıb.

32gun.az xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. Burada evlərdən birinin həyətində naməlum kişi meyiti tapılıb.

Araşdırmalar zamanı meyitin burada yaşayan 39 yaşlı Əflan Aslan oğlu Aslanova məxsus olması müəyyənləşib.

Meyit aşkarlanarkən üzərində zorakılıq əlamətləri olmayıb.

Ölümün dəqiq səbəblərinin müəyyən edilməsi üçün meyit məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır. //lent.az

Loading...

Oxşar Xəbərlər