HADİSƏ

Qadın özündən 52 yaş kiçik kişi ilə bu səbəbə görə evlənibmiş - Ərinin dedikləri ŞOKA SALDI (VİDEO)

Özündən 52 yaş böyük həyat yoldaşından 2 milyon dollarlıq miras qalan Harun Erikçinin danışdıqları hər kəsi təəccübləndirib. 

32gun.az xəbər verir ki, Harun Erikçi özündən 52 yaş böyük və o zaman 74 yaşında olan Hatice Nuran Temizellə 22 yaşında tanış olub.

"Biz sevərək evlənmədik. O, mülklərini bacısının övladlarına deyil, mənə buraxmaq istədi. Qəbul etməsəm başqasını tapacağını dedi. Biz onun təklifi ilə evləndik” - deyə, o, bildirib.

Ailə həyatı qurduqdan üç il sonra Hatice Nuran Temizelin bacısı nikahın ləğvi üçün məhkəməyə müraciət edib. Qadın dünyasının dəyişdikdən sonra təxminən 4 milyon dollarlıq sərvəti bacısı və əri Harun Erikçiyə qalıb. Lakin nikahın ləğvi ilə bağlı məhkəmə iddiası olduğundan Erikçinin vərəsəlik payı ilə bağlı tədbir görülüb.

Məhkəməyə ilk olaraq Temizelin bacısı müraciət edib.Sonradan mərhumənin bacısının ögey övladları tərəfindən məhkəmə işi davam etdirilib. Məhkəmə ərizəsində Harun Erikçi ilə Hatice Nuran Temizel arasında 52 yaş fərq olduğu vurğulanıb və bu vəziyyətin “adi həyat tərzinə zidd” olduğu bildirilib. 

Xədicə Nuran məhkəmə zamanı bacısının yataq xəstəsi olduğu və demans səbəbiylə ayırd etmək gücünə malik olmadığı qeyd edərək  "31 illik evliliyin maddi maraqlardan başqa izahı yoxdur"- deyə bildirib. 

Nikahın ləğvi iddiası ilə yanaşı, Hatice Nuran Temizelin Harun Erikçi tərəfindən öldürdüyü iddiasıda irəli sürülüb.

Nurlan Şiraliyev 

Loading...

Oxşar Xəbərlər