HADİSƏ
Bakıda 20 ton un aparan TIR yandı
Bakı şəhərinin Qaradağ rayonunda “Renault” markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb.
Fövqəladə Hallar Nazirliyindən 32gun.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yük yerinə yığılan 20 ton un yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.