HADİSƏ
Bakıda 15 yaşlı qız YOXA ÇIXDI: anası axtarır...
Bakıda yeniyetmə qız itkin düşüb.
32gun.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Kərimova Fatimə Dəyanət qızı iyunun 3-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Z. Kərimova 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Yeniyetmə qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. //lent