HADİSƏ

Bakıda ağır QƏZA, ölən var

Bakıda “Land-Rover”lə “KamAZ” toqquşub, ölən var. 

Bu barədə 32gun.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hadisə iyunun 6-sı saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, paytaxt sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Eyvazov ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Oxşar Xəbərlər