HADİSƏ

Axşam saatlarında DƏHŞƏT: 6 nəfər xəsarət aldı

Hacıqabulda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

32gun.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakini, 1961-ci il təvəllüdlü Əliyeva Qətibə Həmd qızı, Ağcabədi rayon sakinləri, 1995-ci il təvəllüdlü Musayeva Günel Təşkilat qızı, onun oğlu, 2021-ci il təvəllüdlü Musayev Nurlan Şamil oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər