SON DƏQİQƏ! Dövlət başçısı daha üç FƏRMAN İMZALADI
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
32gun.az xəbər verir ki, fərmana əsasən, 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiqlənib.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya Respublikası Hökumətinə bildiriş göndərməlidir.
xxx
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
32gun.az xəbər verir ki, sənədə əsasən, 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monqolustan Hökumətinə bildiriş göndərməlidir.
xxx
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
32gun.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq olunub.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərməlidir.