SİYASƏT
"Azərbaycan-Ermənistan dialoqunu alqışlayıram" - Qaribaşvili
"Tiflisdə Azərbaycan-Ermənistan dialoqunu alqışlayıram".
32gun.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili "Twitter"də yazıb.
O bildirib ki, Gürcüstan regionda sülh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa, gələcək görüşlərə ev sahibliyi etməyə sadiq qalır.
"Xalqlarımızın firavanlığı üçün sülh mütləq vacibdir" - deyə, Qaribaşvili qeyd edib.