SİYASƏT

İlham Əliyevdən növbəti dəfə Ermənistana XƏBƏRDARLIQ

"10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb. Həmçinin, qanunsuz erməni hərbi birləşmələri də ərazilərimizdə öz mövcudluğunu davam etdirir".

32gun.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, artıq 2 ilə yaxın müddətdə Ermənistan 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

İlham Əliyev bir daha qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır.

Loading...

Oxşar Xəbərlər