SİYASƏT

Daha bir erməni İlham Əliyevə müraciət etdi: Bakıya gəlmək istəyir - Video

İslamı qəbul edən erməni qadın Aqunik Abovyan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib və Bakıya gəlmək üçün ondan icazə istəyib.

32gun.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müraciətini o, sosial şəbəkə hesabından paylaşıb.

Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir.

“Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”, - deyə o sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, son günlərdə bir neçə erməni Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Loading...

Oxşar Xəbərlər