EKONOMİKS

Dollar bahalaşır? - Əhaliyə məsləhət

Pulumuzu necə saxlayaq: Dollarla, avroyla, yoxsa manatla? – Ən qazanclı yol

Son günlər insanları narahat edən əsas məsələlərdən biri də dolların bahalaşacağına dair şübhələrdir. 

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) yeni qərarına əsasən, uçot dərəcəsi 0,75 %  artırılaraq 2.50%-dən 3.25%-ə yüksəldilib. Hazırda, maliyyə bazarının son 24 ildə ən yüksək məzənnəsilə alınıb-satılan pul vahidi ABŞ dollarıdır. 
Bəs bu sürətli bahalaşmanın Azərbaycanın valyuta bazarına hansı təsirləri olacaq? 

İqtisadçı-ekspert Elşad Məmmədov APA TV-yə bildirdi ki, dolların bahalaşması ilə bağlı təlaşa düşməyə ehtiyac yoxdur.  

İqtisadçının fikrincə, Azərbaycanın xarici ticarət və cari əməliyyatlarındakı müsbət saldo kapital hərəkətindəki mənfi saldonu üstələyir. Məhz buna görə də, yaxın müddətdə bu halın Azərbaycan valyutasına ciddi təsiri gözlənilmir. 


Bəs əhali pul ehtiyatını hansı valyutada saxlasa, ziyana düşməz? 

İqtisadçı deyir ki, hazırki şərait investisiya zənbilini şaxələndirməyi tələb edir. Yəni vəsait yalnız pul kütləsi formasında deyil, daşınmaz əmlak, qızıl və qızıl məmulatları formasında da saxlanılmalıdır. Çünki bu yatırım növləri daha dayanıqlıdır.
Elşad Məmmədovun fikrincə, yaxın perspektivdə dolların və avronun bölgəmizdə dövriyyəsi ilə bağlı problemlər yarana bilər. Buna görə də, dollara və avroya böyük həcmdə sərmayələrin qoyulması məqsədəuyğun deyil. 

 

Loading...

Oxşar Xəbərlər