DÜNYA

Meyitxananın soyuducusundan səs gəldi: Qapını açanda ŞOK YAŞADILAR

Hindistanda qəribə hadisə baş verib.

32gun.az xəbər verir ki, 45 yaşlı şəxsi motosiklet vurub. Həkimlər xəstəxanaya yerləşdirilən şəxsin həyatını itirdiyini güman edib və onu morqa yerləşdirilib.

Məlumatda bildirilir ki, hindistanlı 7 saat meyitxananın soyuducusunda qalıb. Yaxınları cəsədi götürməyə gələndə dəhşətə gəlib.

Onlar dondurucudan səs eşidib. Qohumları öldüyü güman edilən şəxsə yaxınlaşanda onun hərəkət etdiyinin və nəsə deməyə çalışdığının şahidi olublar.

Bundan sonra məlum olub ki, 45 yaşlı kişi ölməyib, həkimlərin səhlənkarlığı nəticəsində belə hadisə baş verib.

Oxşar Xəbərlər