"Azərbaycan İranın mənfur siyasətinə qarşı sözünü deyir" - Politoloq
"İran çox gözəl bilir ki, illərdir onun qonşuluq prinsiplərinə, İslam ənənələrinə, beynəlxalq prinsiplərə zidd olaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək verməsinə və başqa qanunsuz əməllərinə biz səbr etmişik. Ümid etmişik ki, bəlkə düzələlər, ağıllanalar, dinə-imana gələlər. Hətta ikinci Qarabağ savaşında İran hərbçiləri Azərbaycan ərazisinə keçərək əsgərlərimizin qarşını kəsmişdilər".
Bu fikirləri 32gun.az-a açıqlamasında politoloq Tural İrfan deyib.
Politoloqun sözlərinə görə, müharibə zamanı Azərbaycana külli miqdarda narkotik ötürürdü.
"Azərbaycanı şərləyirdi ki, guya Azərbaycanda təkfirçi terrorçular var və sair. Sonralar bu iddiaları ifşa edildi və biabır oldular. Səhərdən sonra da Zəngəzur dəhlizinin əleyhinə çıxdılar.
Daha da irəli gedərək ölkəmizdəki əlaltıları vasitəsi ilə daxili çaxnaşmalara, təxribatlara əl atdılar. Lakin İranda da bizim soydaşlarımıza zülm və haqsızlıq baş alıb gedir. Artıq İran özü məcbur etdi ki, biz də onların iki üzlü siyasətini, qardaşa xəyanətini, İslamı təhqir etmələrini üzə vuraq. İslam abidələrini dağıdan və məscidlərə donuz salan ermənilərin yanında olan İran eyni zamanda bütün müsəlmanları təhqir edir. Odur ki, dövlətimiz də haqlı olaraq İranın bu mənfur əməllərinə cavab verir".
"Araz çayı sahilində təlim keçirən İran bütün qırmızı xətləri keçdi və ermənidən çox erməni olmağı üstün tutdu.
Odur ki, səfirin çağırılıb danışılması İranın həyasızlığıdır. Çünki təxribatı və xəyanəti özü edib. Yaxud da Azərbaycanın əvvəlki kimi yenə də susqun qalacağını düşünüb, ancaq bu dəfə istədiyi kimi olmayıb. Azərbaycan artıq İranın mənfur siyasətinə qarşı sözünü deyir və deməlidir. Həm regionda, həm də dünyada süllhü təhdid edən İrana qarşı artıq bir çox dövlətlər öz etirazını ifadə edib və Azərbaycanın yanında olduqlarını bəyan ediblər. İran özü qorxuya düşüb və ona görə də səfiri çağırıb həmişəki riyakarlığı ilə münasibətləri bərpa etməyə meyl edir. Əks halda onun aqressiyasının nə ilə nəticələnəyini gözəl bilir. Artıq ölkəmizdə İran agentura şəbəkəsinin həbsinə başlanılıb. Bu da İrana növbəti zərbədir və çox şeylər üzə çıxacaq. Nəticədə İranın hansı dağıdıcı və xain planlarının olması ifşa olacaq. İran bundan bərk narahatdır. Lakin qorxunun əcələ faydası yoxdur", deyə sonda politoloq qeyd esib
Fateh