"Prezidentin yanında olmağımız İran üçün təhlükə mənbəyi yaratdı" - Sabiq Deputat
“İran Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti çox peşəkar diplomatdır. İranın molla rejimi içərisində bəlkə də yeganə ağıllı adamdır. Bundan başqa, Vilayəti gördü ki, İranın daxili problemləri ilə bərabər İranın molları və bir də özünü “türk” adlandıran əldə qayırma deputatlar Azərbaycanın üzərinə gəlib qışqır-bağır saldılar. Xüsusilə də, İranın mediası olan “Səhər” kanalındakı başı bağlı olan, amma vicdanları açıq olmayanların təbliğatı Azərbaycan-İran arasında münasibətləri çox gərginləşdirdi. Və burada başqa faktorları nəzərə alaq ki, İsrail açıq şəkildə Azərbaycanı müdafiəyə keçdi. Rusiya İranın yanından bu məsələlərlə bağlı çəkildi. Türkiyə oradan açıq şəkildə məsələni gündəmə gətirdi. Yəni, bir növ bunlar İranı çəkindirdi”.
Bu fikirləri sabiq deputat, politoloq Cümşüd Nuriyev 32gun.az-a deyib. Politoloq qeyd edib ki, burada əsas faktor Azərbaycan xalqının prezidentinin ətrafında toplanmasıdır.
“Cənab Prezident son günlər həddən artıq kəskin bəyanatlarla çıxış etdi. Belə götürsək, Azərbaycanın ən böyük müxalifətçisi İlham Əliyevdir. Bunu tam məsuliyyətim ilə deyirəm. Müxalifət o dərəcədə, o arqumentlə Azərbaycan dövlətinin mövqeyini ortaya qoya bilmir.
Azərbaycan prezidenti bunu çox peşəkarlıqla həyata keçirdir. Xüsusilə də, Azərbaycan mediası və siyasi partiyalarda birmənalı şəkildə prezidentin yanında oldular. Bizim prezidentin yanında olmağımız da İran üçün yeni bir təhlükə mənbəyi yaratdı. Çünki Ermənistan heç kimdir. Amma Ermənistanı dəstəkləyən böyük qüvvələri Azərbayacan dövləti məğlub edəndən sonra İran çox gözəl başa düşdü ki, əgər hər hansı bir Azərbaycana qarşı addım atsa, bizə başqa heç bir dövlət hücum etməyəcək. Bizə xətər gəlsəydi İrandan gələrdi. Daha inanmıranm ki, bundan sonra Vilayətinin bu ağıllı sözündən sonra İran hansısa addımı atsın”.
Fateh