SİYASƏT

İlham Əliyev Paşinyanın şərtini RƏDD ETDİ: "Görüş baş tutmayacaq"

"Ermənistanın Baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq".

32gun.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

"Növbəti iclasın Brüsseldə dekabrın 7-də keçirilməsi nəzərdə tutulmuşdu. Sonuncu dəfə noyabrda görüşməyə razılaşdıq, lakin oktyabrın sonunda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə danışıqlarımız oldu. Ancaq dünən mənə məlumat verildi ki, baş nazir Paşinyan Makronun iştirakı şərti ilə görüşə razılıq verib. Bu isə o deməkdir ki, görüş baş tutmayacaq” - deyə, Prezident bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər