
MƏDƏNİYYƏT - ŞOU
Məşhur cütlük boşanmaq üçün getdikləri məhkəmə zalına əl-ələ daxil oldu (VİDEO)
Məşhur pianoçu Fazıl Say 3 il əvvəl evləndiyi Ece Dağıstanla bu gün boşandıqlarını açıqlayıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, məşhur cütlük məhkəmə binasına əl-ələ daxil olub.
F.Say birlikdə əl-ələ zala daxil olarkən çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Dünya şöhrətli pianoçu Fazıl Say özü kimi pianoçu olan həyat yoldaşı Ece Dağıstanla 2019-cu ildə İtaliyanın Milan şəhərində nikah masasına əyləşmişdi. Say bu gün E. Dağıstanla boşandıqlarını belə açıqlayıb:
"Çox üzgünəm, bu gün həyat yoldaşım Ece ilə evliliyimizi bitirdik. Əl-ələ Beykoz Məhkəmə binasına girdik, əl-ələ çıxdıq".
Nilay