SİYASƏT

Türkiyə XİN-dən Laçın dəhlizindəki vəziyyətlə bağlı AÇIQLAMA

"Rusiya sülhməramlıları Laçın dəhlizinin işini təmin etmək üçün məsuliyyət daşıyırlar".

32gun.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O vurğulayıb ki, Ankara Qarabağın təbii sərvətlərinin qanunsuz istismarına qarşı mübarizədə Bakını dəstəkləyir: 

"Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhməramlı missiyası var. Amma digər tərəfdən, Azərbaycan torpaqlarında təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətinin oğurlanmasıdır”.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər