Avropa İttifaqı sanksiyalarla bağlı bu addımı atdı
Avropa İttifaqı (Aİ) gübrə sənayesi ilə əlaqəli bir sıra rusiyalı sahibkarlar üçün sanksiyaların yüngülləşdirilməsini təmin edəcək.
32gun.az xəbər verir ki, bu barədə EUobserver portalı məlumat yayıb.
Portalın məlumatına görə, Aİ-nin daimi nümayəndələrinin qismən güzəştlərin tətbiqi ilə bağlı müzakirəsi 11 saat davam edib. Litva və Polşa assosiasiyanın bütün ölkələrində sahibkarların vəsaitlərinin dondurulmadığı təqdirdə Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketinin qəbulunu əngəlləməklə hədələyiblər. Bununla belə, Fransa, Almaniya, Hollandiya, Belçika, İtaliya, Portuqaliya və İspaniya qida təhlükəsizliyi səbəbi ilə sanksiyaların yüngülləşdirilməsində israr ediblər.
Qeyd edək ki, bu yüngülləşmə Andrey və Aleksandra Melniçenko, Andrey Quryev, Vyaçeslav Moşe Kantor, Dmitri Mazepin, Vadim Moşkoviçə təsir edəcək.
Nurlan Şiraliyev