MƏDƏNİYYƏT - ŞOU
Gökhan Özen infarkt keçirdi
Mahnıları ilə bir dövrə damğasını vuran və uzun müddət xaricdə tənha həyat sürən Gökhan Özen ötən axşam evində infarkt keçirib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 43 yaşlı müğənni təcili xəstəxanaya çatdırılıb.
G.Özen sosial media hesabında səhhəti ilə bağlı məlumat verib:
"Dünən gecə yarısı Los-Ancelesdəki evimdə infarkt keçirdim və xəstəxanada bir müddət nəzarət altında qaldıqdan sonra evə buraxıldım. Belə xəbərləri sizinlə bölüşmək istəməzdim, amma yaxşı günlər də var, pis günlər də... Bundan sonra stressdən uzaq çox sakit bir həyat sürməyi planlaşdırıram".
Qeyd edək ki, məşhur müğənni qızlarının qəyyumluğunu almaq üçün keçmiş həyat yoldaşı ilə yaşadığı problemlər üzündən gündəmdən düşmür.
Nilay
