MDB dövlət başçıları bu tarixdə görüşəcək - İlham Əliyev, Paşinyan və digər liderlər olacaq
MDB dövlət başçılarının qeyri-rəsmi görüşü dekabrın 26-27-də Sankt-Peterburqda keçiriləcək.
32gun.az xəbər verir ki, bu barədə qurumun icraçı katibi Sergey Lebedev bildirib.
"Gələn həftə Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olacaq. Rusiya prezidentinin dəvəti ilə dekabrın 26-27-də bu görüş baş tutacaq. Ümid edirik ki, görüş əməkdaşlığımıza əlavə təkan verəcək” - deyə, o, qeyd edib.
Qeyri-rəsmi sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emomali Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyan və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun iştirakı gözlənilir.
Qeyd edək ki, bu, 2022-ci ildə MDB liderlərinin ikinci qeyri-rəsmi sammiti olacaq.
Xatırladaq ki, tədbir ənənəvi xarakter daşıyır və hər il Yeni il ərəfəsində keçirilir.
Nurlan Şiraliyev