SOSIAL
Prezidentin yaratıdığı yeni qurumun müvəqqəti sədrliyi görün kimə tapşırıldı
Bu ilin oktyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan "Dövlət Ehtiyatları Agentliyi”nin İdarə Heyətinə sədr əvəzi təyin olunub.
32gun.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Ehtiyatları Agentliyinin sədr əvəzi vəzifəsinə Nicat Əliyev gətirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin oktyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi ləğv edilib. Qurumun bazasında Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu bu il oktyabrın 7-də yaradılmış Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.