SİYASƏT
Lavrovla Bayramov Moskvada görüşəcək - Ermənistanlı nazir görüşə qatılmayacaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olacaq.
32gun.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşün dekarbın 23-də Moskvada baş tutacağı bildirilib.
Bildirək ki, dekabrın 22-də Lavrovla Bayramov arasında telefon danışığı olub. Söhbət zamanı nazirlər İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.
Qeyd edək ki, Ermənistan XİN-dən verilən məlumata görə, erməni tərəfi Laçın dəhlizindəki vəziyyətlə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.
Nurlan Şiraliyev