SİYASƏT

İrəvan bu fürsəti ƏLDƏN QAÇIRDI

Bu gün Moskvada Sergey Lavrovla Ceyhun Bayramov arasında görüş keçirilib.

32gun.az xəbər verir ki, Lavrov Ermənistan tərəfinin üçtərəfli görüşdən imtina etməsindən danışıb.

Onun sözlərinə görə, İrəvan son anda görüşdə iştirak etməmək qərarına gəlib və bunu Laçın dəhlizindəki vəziyyətlə əlaqələndirib.

“Bu gün biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin öz ərazimizdə görüşünü keçirməyə razılaşdıq. Biz bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda erməni həmkarlarımız bunu yerlərdəki vəziyyətlə izah edərək Moskvaya gəlməkdən imtina etdilər. Çox təəssüf ki, bu fürsət əldən verildi” - deyə, Lavrov əlavə edib.

Xatırladaq ki, bundan əvvəl nazirlər arasında telefon danışığı baş tutub. Onlar Laçın dəhlizinin bağlanmasından sonra daha da ağırlaşan Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında vəziyyəti müzakirə ediblər. Lavrov həmçinin Qarabağ və Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz əlaqənin təmin edilməsinə dair üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər