SİYASƏT

Lavrovun müavinindən Laçın dəhlizindəki vəziyyətlə bağlı AÇIQLAMA

"Laçın dəhlizi ilə bağlı vəziyyət Bakı ilə İrəvan arasında sülh danışıqlarını çətinləşdirir".

32gun.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Təbii ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün səylər göstərir. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpa olunmasını səbirsizliklə gözləyirik” - deyə, Qaluzin vurğulayıb.

Nurlan Şiraliyev

@32gun.az

Rusiya xarici işlər nazirinə yeni müavin təyin edildi – Yenicag.Az

Oxşar Xəbərlər