SİYASƏT
Putin, İlham Əliyev və Paşinyan arasında üçtərəfli görüş olacaq?
"Rusiya, Azərbaycan və Ermənistan liderləri MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar".
32gun.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüşün kənarında baş tutacaq" - deyə, Peskov vurğulayıb.
Qeyd edək ki, MDB dövlət başçılarının qeyri-rəsmi görüşü dekabrın 26-27-də Sankt-Peterburqda keçiriləcək.
Xatırladaq ki, bu, 2022-ci ildə MDB liderlərinin ikinci qeyri-rəsmi sammiti olacaq.
Nurlan Şiraliyev