SİYASƏT

Putin Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşüb keçirib

Rusiya prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammiti ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli söhbətin aparıldığını bildirib.

32gun.az xəbər verir ki, Rusiya lideri bunu Ermənistanın baş naziri ilə ikitərəfli görüşün açılışında bildirib.

“Söhbətimizə dünən başladıq və üçümüz danışa bildik. Razılaşdığımız kimi, bütün bu məsələləri ətraflı müzakirə edəcəyik”, - deyə Putin bildirib.

Bildirək ki, söhbətin mövzusu Cənubi Qafqazdakı vəziyyətin nizamlanması və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər