SİYASƏT
İlham Əliyev onu DGK sədrinin müavini təyin etdi (FOTO)
Prezident İlham Əliyev Natiq Şirinovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
32gun.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, yeni müavin Natiq Şirinov daha əvvəl gömrük orqanlarında çalışmayıb. O, bu təyinata kimi Dövlət Vergi Xidmətinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi idi.
