SİYASƏT
Rusiyadan Azərbaycan və Ermənistana çağırış
"Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərdə mənfi tendensiyalardan narahatdır".
32gun.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Zaxarova bildirib.
"Biz Azərbaycan və Ermənistan tərəflərini xoşməramlılıq nümayiş etdirməyə və kompromisləri birgə axtarmağa çağırırıq. Biz buna hər cür kömək edəcəyik" - deyə, Zaxarova əlavə edib.
Nurlan Şiraliyev