MƏDƏNİYYƏT - ŞOU

Məşhur müğənni vəfat etdi

Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan vəfat edib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 62 yaşlı sənətçinin infarkt nəticəsində dünyasını dəyişdiyi məlum olub. Sənətçi bu gün səhər saatlarında gəzinti üçün evdən çıxıb və geri dönərkən infarkt keçirib. 

Bildirək ki, Çaçanın bir müddət əvvəl ürək xəstəliyi səbəbindən xəstəxanada müalicə aldığı öyrənilib.

Qeyd edək ki, Burhan Çaçan 17 oktyabr 1960-cı ildə Türkiyənin Ağrı şəhərində anadan olub. 1978-ci ildə TRT Ərzurum Radiosunun keçirdiyi həvəskar səslər müsabiqəsinin qalibi olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər