
Xəbər verdiyimiz kimi, Ermənistanın Basarkeçər rayonunda N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın olub. Yanğın nəticəsində 15 hərbçi yanaraq ölüb. Daha 3 nəfər isə ağır yaralanıb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yanğının baş vermə səbəbi kimi təhlükəsizlik qaydalarının pozulması, isinmə üçün istifadə olunan sobada benzindən istifadə edilməsi və bunun nəticəsində benzinin alışması göstərilib.
Bu barədə hökumət iclasında Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
Yanğınla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan da açıqlama verib: "İlkin məlumatlara görə, zabitlərdən biri benzindən istifadə edərək sobanı yandırmağa cəhd edib, lakin benzin alışıb və məmur qaçmağa çalışaraq əlindəki benzin konteynerini kazarma tərəfə atıb".
Qeyd edək ki, baş verən hadisəyə görə, bir sıra vəzifəli şəxslər işdən çıxarılıb.
Nurlan Şiraliyev