
Keçən ilin iyul ayında ABŞ-ın Corciya ştatında saxlanılan homoseksual cütıüklı bağlı dəhşətli faktlar yayılıb.
32gun.az xarixi KİV-ə istinadən bildirir ki, istintaq prosesini təqib edən mühafizəkar internet saytı və radio xəbər xidməti "Townhall" evli homoseksual cütlüyün mühakimə olunduğu işin iddianaməsinin surətinə əldə edib.
Əmlakları müsadirə edilən cütlüyün ən az 9 il həbs cəzası ilə mühakimə olunduğu iddianamədə iki evli kişinin övladlığa götürdükləri uşaqlara necə təcavüz etdiyinin təfərrüatları açıqlanıb.
Cütlük haqqında hazırlanan 17 maddəlik ittihamnamədə cütlüyün 4 ilə yaxındır övladlığa götürdükləri 9 və 11 yaşlı uşaqlara zorakılıq etdiyi bildirilib.
Hətta iddianamədə cütlüyün məşhur sosial media platformaları vasitəsilə uşaqları Atlanta bölgəsində fahişəlik edən dəstəyə satdıqları barədə məlumatlar da yer alıb. Məhkəməyə təqdim edilən dəlillər arasında uşaqlara qarşı zorakılığı əks etdirən 100-dən çox fotoşəkil, pedofiliya dəstələrinin üzvləri ilə telefon danışıqlarının qeydləri və uşaqlara qarşı zorakılığı sənədləşdirən məhkəmə-tibbi ekspertiza rəyləri var.
Nilufər