DÜNYA ÖZ XƏBƏR

Polislər arasındakı mübahisə qanla bitdi (VİDEO)

Türkiyədə polis məmuru olan ər-arvad arasındakı mübahisə qanla bitib.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, boşanma ərəfəsində olan cütlük 5 yaşlı övladlarının himayəsi məsələsinə görə, dava ediblər. Daha sonra xüsusi təyinatlı polis məmuru Hüseyn Emre Yılmaz küçə ortasında həyat yoldaşı olan polis məmuru Aslı Yılmazı qətlə yetirib. O, yoldaşını silahla öldürüb. 10 güllə yarası alan qadın hadisə yerində həyatını itirib. H.E.Yılmaz həyat yoldaşını öldürdükdən dəqiqələr sonra eyni silahla özünə atəş açıb. Başından yaralanan məmur xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam etdirilir.

Bildirək ki, 5 yaşlı uşaq dövlət himayəsinə götürülüb.

Nurlan

Oxşar Xəbərlər