MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Tanınmış hipnozçu azərbaycanlı aktyoru verilişdə görün necə ağlatdı (VİDEO)

Mesut Can Tomay və Ali Biçimin "youtube" layihəsində qonaq olan hipnoz ustası, psixoterapevt Korzay Koçak qonaq olub. 

32gun.az xəbər verir ki, bundan öncəki iştirakı zaanı Ali Biçimi hipnoz edən Korzay Koçak bu dəfə Mesut Can Tomayı "qurban" seçib.  

Belə ki, Koçak etdiyi gipnozlarla Azərbaycan əsilli aktyor M.C.Tomayı qorxuları ilə üzləşdirib. Hipnoz zamanı aktyorun ən böyük qorxularından birinin "Klon" olduğu məlum olub. Hipnoz ustasının gördüyü piyadan sonra  M.C.Tomay onu "Klon" simasında görüb və  ağlamağa başlayıb. 

Daha sonra K.Koçak  Məsutun atası ilə "üzləşməsi"nə səbəb olub. Bu da onun sinirlərinə hakim ola bilməməsi, ağlaması ilə nəticələnib. 

Bildirək ki, Məsut Can Tomayın atası Qarsa azərbaycanlısıdır. Anası isə Azərbaycanda dünyaya gəlib. 

Qeyd edək ki, Məsut Can Tomay 2 iyun 1999-cu ildə İstanbulda anadan olub. "Yetenek Sizsiniz" yarışması ilə tanınan Tomay, etdiyi təqlidləri ilə yarımfinala yüksəlməyə müvəffəq olub. 2012-ci ildə "Türk’ün Uzayla İmtihanı"nda Tarkan Yıldırımın obrazını canlandırıb. Səmimi münasibətləri, sosial mediada yaydığı videolar və aktyorluğu ilə tanınmağa başlayan Mesut Can Tomay, "Kördüğüm", " Gönül Hırsızları”, “ Yolsuzlar Çetesi”, “İkinci Şans”, “Maide’nin Altın Günü” kimi filmlərdə də rol alıb.

Nilufər 

Oxşar Xəbərlər