
MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
18 yaşlı aktyora AĞIR İTKİ
Türkiyəli aktyora ağır itki üz verib.
32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, 18 yaşlı Berat Efe Parların anası dünyasını dəyişib.
Gənc aktyorun anası uzun müddətdir ki, səhhətində yaranan problemlərlə bağlı müalicə alırmış. Bildirək ki, o, anasının ölümünü film çəkilişi zamanı öyrənib.
Anasının ölümünü sosial media hesabından açıqlayan Parlar, “Canım anamı itirdik!" başlıqlı paylaşım edib.
Qeyd edək ki, aktyor "İftarlık Gazoz" və "Güldür Güldür Çocuk" adlı layihələrlə tanınıb.
Nurlan