MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

"Kurtlar Vadisi" harada yayımlanacaq?

"Kurtlar Vadisi" serialının yeni bölümlərinin "Disney Plus"da yayımlanacağı iddia edilmişdi.

32gun.az xəbər verir ki, türkiyəli jurnalist Birsen Altuntaş bu iddianı təkzib edib.

Jurnalistin xəbərinə görə, serialın harada yayımlanacağı və aktyor heyəti hələ ki, məlum deyil.

Xatırladaq ki, serialın baş rol aktyoru Necati Şaşmaz bir müddət öncə qatıldığı TV proqramında serialın çəkilişlərinə yanvar ayından etibarən yenidən başlanılacağını bildirmişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər