
Boluda yaşadıqları villanın həyətində iti ilə oynayan 8 yaşlı uşaq fidyə istəmək üçün qaçırılıb. Hadisəni törədən şəxsin Kayseridən Boluya gələrək küçələrdə qalan O.Ö olduğu məlum olub.
32gun.az Türkiyə KİV-nə istiadən bildirir ki, uşağın ailəsinin evdə olmadığını anlayan O.Ö 1 saata yaxın gözləyib və azyaşlının evə girməsini gözləyib.
Uşaq evə girən kimi O.Ö iti həyətə çıxararaq gizlədib. Bağda itini tapa bilməyən uşağa O.Ö itinin harada olduğunu bildiyini deyib.
O.Ö uşağı itinin yanına aparacağını deyərək aldadıb və təxminən 1,5 kilometr uzaqlıqdakı Yaşamkent məhəlləsindəki biznes mərkəzinin damına çıxarıb.
O.Ö balacanı plastik stula əyləşdirib, ağzını, qollarını və ayaqlarını bağlayıb. Daha sonra fidyə tələb etmək üçün uşağı qaçırdığı evə gedib.
Evdə uşağını tapa bilməyən ananın imdad fəryadına qonşular ti\oplaşıb. Evin qarşısındakı sıxlıqdan qorxan O.Ö təşviş içində qaçmağa başlayıb. Uşağın atası, vətəndaşlar və polis şübhələnərək O.Ö-nü təqib etməyə başlayıb.
O.Ö təxminən 15 dəqiqə sonrasaxlanılıb. Polis qrupları sayəsində linçdən xilas olan O.Ö, ifadəsi alınmaq üçün polis bölk\məsinə aparılıb.
Polis bölməsində ifadəsi alınan şəx hər şeyi etiraf edib.
Ailə və polis əməkdaşları biznes mərkəzinin damına çıxanda oğlanı ağzı bağlı və bədəni kresloya bərkidilmiş vəziyyətdə tapıblar. Səhiyyə işçilərinin müayinəsindən keçən uşağın heç bir probleminin olmadığı öyrənilib.
Nilufər