DÜNYA 20 XƏBƏR

Zelenskiyə ən yaxın 3 nəfər vəzifəsindən getdi

Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada istefa xəbərlərinin ardı arası kəsilmir.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Müharibə zamanı idman avtomobili sürdüyünə görə tənqid hədəfinə çevrilən Prezident Aparatının rəhbərinin müavini Kiril Timoşenko da daxil olmaqla üç nəfər istefa verib.

Vladimir Zelenski 33 yaşlı Timoşenkonun istefasını qəbul edib. Timoşenko istefasının səbəbini açıqlamayıb.
Ukraynanın baş prokurorunun müavini Aleksiy Simonenko iyulda könüllü olaraq vəzifəsindən istefa verib. Simonenkonun müharibə zamanı ailəsi ilə birlikdə İspaniyaya 10 günlük tətilə getdiyi iddia edilib. Simonenko iddialara cavab verməyib.
Ukraynanın müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov da mətbuatda Kiyev bazarlarından ordu üçün ərzaq məhsulları alması xəbərinin yer almasından sonra istefa verdiyini açıqlayıb. Nazirlik iddiaların əsassız olduğunu, lakin Şapovalovun istefasının nazirliyin etimadını qorumaq məqsədi daşıdığını bildirib.
Ayxan

Loading...

Oxşar Xəbərlər