DÜNYA ÖZ XƏBƏR

Siyasətin ən qaranlıq üzləri bir yerdə - Aralarında Abdulla Çatlı da var - 28 il sonra ortaya çıxan ŞOK GÖRÜNTÜ

Abdullah Çatlı, Haluk Kırcı, İbrahim Şahin və Sami Hoştan kimi Türkiyə siyasətinin ən qaranlıq dövrlərinə aid adların bir araya gəldiyi görüntü ortaya çıxıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, sözügedən adları bir araya gətirən 18 avqust 1995-ci ildə keçirilən sünnət toyu olub. 

"Youtube"da paylaşılan görüntülərə görə, mərasimin baş tutduğu məkanın qapısında qarşılanan Abdullah Çatlı yanındakılarla birlikdə zala doğru irəliləyib. 

Bildirək ki, İbrahim Şahin təqaüdçü polis rəisi, keçmiş Xüsusi Əməliyyatlar İdarəsinin rəisi, dərin dövlət üzvü, "Susurluk" qəzası məhbusu, Ergenekon, Jandarm Kəşfiyyatı və Terrorla Mübarizə (JİTEM) və Ankara Fasiləsiz Cinayətlər işin müttəhimidir. 

Haluk Kırcı 1978-ci il oktyabrın 8-də Bahçelievlər qətliamında 7 Türk İşçi Partiyası üzvünü qətlə yetirməkdə təqsirli bilinib və 2010-cu il mayın 28-də azadlığa buraxılıb. 

Sami Hoştan - Ləqəbi "Arnavut Sami"dir. "Susurluk iddiası"nda hökmlü, Ergenekon iddiasında şübhəlidir. Uzun müddət qaraciyər xərçəngindən müalicə alan Sami Hoştan 2015-ci il mayın 11-də dünyasını dəyişib.

Abdullah Çatlı - Türkiyənin gerçək Polat Alemdarı kimi tanınır.  Müəmmalı şəkildə ölən Çatlı barədə indiyədək çox əfsanələr danışılıb, yazılıb; onun Susurluq qəzasında ölmədiyi, estetik əməliyyatla üzünün dəyişdirildiyi və sağ olduğu iddiaları var. 

Rəsmi məlumatıara görə, türk mütəşəkkil cinayətkarlıq lideri, mafiya lideri, dərin dövlət agenti və kontr-partizan üzvü olub.  O, Türkiyədə müxtəlif qətllərə görə mühakimə olunub. O, 12 sentyabr çevrilişindən sonra xaricə qaçıb və narkotik ticarəti ilə bağlı mühakimə olunub. O, həbsxanadan qaçıb. 1996-cı ildə Susurlukda vəfat edib. 

Xatırladaq ki, Susurluk Qəzası və ya Susurluk Skandalı, 3 Noyabr 1996-cı ildə Balıkesir-Bursa avtomobil yolunun Susurluk mahalı Çatalceviz məntəqəsində baş verən yol qəzası nəticəsində dövlət-polis-mafiya münasibətlərinin ortaya çıxması ilə başlayan qalmaqaldır. Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm qalmaqallarından biridir.

Nilufər 

Oxşar Xəbərlər