DÜNYA ÖZ XƏBƏR

Rusiyalı hərbçilərin və ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyula bilər

"Hakimiyyət Rusiyaya qarşı sanksiyalar məsələsi ilə bağlı sammit keçirməyi planlaşdırır".

32gun.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak "Forbes Ukraine" jurnalına verdiyi müsahibəsində bildirib:

"Biz Ukraynada sanksiyalarla bağlı sammit keçirməyi planlaşdırırıq. Onun məqsədi artıq görülənləri nəzərdən keçirmək və güclü sanksiyalar planı hazırlamaq olacaq".

Onun sözlərinə görə, artıq Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər kifayət deyil. Yermak hesab edir ki, Rusiya Federasiyasına qarşı növbəti addımlar viza sahəsinə aid edilməlidir, xüsusən də rus hərbçilərinin və onların ailələrinin başqa ölkələrə girişinə qadağa qoyulacağına ümid edir. O bildirib ki, Kiyev Rusiya banklarına qarşı sanksiyaların artırılmasına nail olmağa çalışacaq, həmçinin, diqqətini İT sektoru və enerji kompleksinə yönəldəcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər