DÜNYA ÖZ XƏBƏR

Almaniya "Leopard 2" tanklarını Ukraynaya bu tarixdə GÖNDƏRƏCƏK

Almaniya "Leopard 2" tanklarının Ukraynaya çatdırılma müddətini açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, "Leopard 2" tankları 3-4 aydan gec olmayaraq, Ukraynaya tədarük ediləcək.

Qeyd edək ki, bir müddət öncə Almaniyanın Nazirlər Kabineti Ukraynaya “Leopard 2” tanklarının göndəriləcəyini təsdiq edib. İlk mərhələdə Ukraynaya 14 ədəd “Leopard 2A6” tankı göndəriləcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər