DÜNYA ÖZ XƏBƏR

Ölkənin ən çox axtardığı qadın belə təslim oldu - Şirkətdən 1 milyon oğurlamışdı (FOTO)

“Almaniyanın ən çox axtarılan qadını” kimi təqdim edilən, keçən ilin sonlarında işlədiyi pul köçürmə şirkətindən 1 milyon avro oğurlayaraq yoxa çıxan 42 yaşlı Mirnesa S. həftələr sonra ortaya çıxıb.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Mirnesanın dünən Ştutqar hava limanına endiyi və polisə təslim olub. 

Mirnesənin itən 1 milyon avro ilə nə etdiyi araşdırılarkən o da bildirilib ki, pulun hazırda harada olduğu məlum deyil.

Almaniyanın ən çox oxunan qəzetlərindən olan "Bild"ə danışan mənbələr Mirnesanın polisə kifayət qədər məlumat vermədiyini də iddia edib.

Axtarışlar 2022-ci ilin oktyabrında oğurluq edən Mirnesanın yoxa çıxmasından sonra başlayıb. 

 Baş müfəttiş İlona Bonn ötən ilin sonlarında "Bild"ə verdiyi açıqlamada "Avropanın hər yerindən 180-dən çox məlumat gəldi. Lakin bunlar nəticəsiz idi və qadını tapa bilmədik" deyə bildirmişdi.

1 milyon avro ilə yoxa çıxan Mirnesənin tapan şəxsə 37 min 500 avro mükafat qoyulmuşdu. 

Nilufər 

Başına 37 bin 500 euro ödül konan kadın teslim oldu! Çaldığı paranın akıbeti ise bilinmiyor

Oxşar Xəbərlər