SİYASƏT

Misir Prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlandı - YENİLƏNİB

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin azərbaycana səfərinin vaxtı açıqlanıb. 

32gun.az xəbər verir ki, Əbdülfəttah Əl-Sisinin Azərbaycana səfəri yanvarın 27-28-də nəzərdə tutulub. Bu barədə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərin proqramı hələ dərc edilməyib.

Əs-Sisi Azərbaycanı tərk edərək Ermənistana gedəcək.

*** 12:10

Misir Prezidenti Əbdülfəttah əs-Sisi yaxın günlərdə Azərbaycana səfərə gələcək.

32gun.az xəbər verir ki, o, həmçinin Ermənistana səfər edəcək.

Bu, Sisinin Ermənistana ilk səfəri olacaq. Səfərlərin dəqiq tarixi açıqlanmayıb

Oxşar Xəbərlər